“Kişi böyüdə bilmirsinizsə, doğmayın” - Məşhurlarımız Leyla üçün ayağa qalxdı

“Kişi böyüdə bilmirsinizsə, doğmayın” - Məşhurlarımız Leyla üçün ayağa qalxdı

Son vaxtlar qadın cinayətlərinin sayının artması cəmiyyətdə olduğu kimi sosial şəbəkələrdə də etiraza səbəb olub. #leylaüçünsusma həştəqi ilə paylaşım edən şəbəkə istifadəçiləri qadına qarşı şiddəti pisləyiblər

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, onların bu etirazına bəzi şou-biznes nümayəndələri də səssiz qalmayıblar. Onlar da öldürülən, döyülən qadınlarla bağlı etirazlarını dilə gətiriblər. 

Əməkdar artist Tünzalə Ağayeva, teleaparıcısı Vüsalə Məmmədova, bəstəkar-müğənni Murad Arif, reper Orxan Zeynallı (Aid) bu həştəqlə paylaşım edib. Təkcə  "İnstagram”da 700-ə yaxın dəstək paylaşımı yayımlanıb. 

Bəzi şou-biznes nümayəndələrinin, sənətçilərin bu qanlı hadisəyə, qadın cinayətlərinə səssiz qalması da sosial şəbəkə istifadəçiləri tərəfindən qınanıb. 

Xatırladaq ki, sözügedən hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb. Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.


OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...