“Kimə şikayət edirsiniz, edin” deyən xırda məmur böyük problem yaradır – YASAMALDAN MƏKTUB VAR

“Kimə şikayət edirsiniz, edin” deyən xırda məmur böyük problem yaradır – YASAMALDAN MƏKTUB VAR


Paytaxtda mənzillərin istiliklə təminatında ciddi nöqsanlar var. Qışa hazırlıqla bağlı yaydan verilən nikbin açıqlamaların əksinə olaraq qış aylarında müşahidə edilən çatışmazlıqlar havaların soyuduğu bu günlərdə özünü daha qabarıq şəkildə göstərir.


Bununla bağlı Sfera.az-ın redaksiyasına müraciət edən bir qrup Yasamal sakini durumun olduqca acınacaqlı olduğunu iddia edirlər. Belə ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 36 ünvanında yaşayan sakinlər evlərinin içində soyuqdan donduqlarını deyir: "Havaların kəskin soyumasına baxmayaraq mənzillərin istiliklə təhzicatında irəliləyiş yoxdur. Sanki elə bu cür də olmalıdır. Mənzillərimizi istiliklə təmin etməyə borclu olan "Azəristiliktəchizat" ASC-nin Bakının Yasamal rayonundakı 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin 206 saylı istilik qazanxanasına etdiyimiz şikayətlərin isə heç bir faydası yoxdur. Adıçəkilən qazanxananın Kamran adlı rəisi nəinki problemləri həll etmək, heç sakinləri dinləmək istəmir. Elə bircə söz əzbərləyib ki, "məndən asılı deyil, hara şikayət edirsinizsə edin”.


Xatırladaq ki, bu "Azəristiliktəchizat" ASC-nin Bakının Yasamal rayonundakı 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsindən olan yeganə şikayət faktı deyil. Demək olar ki, hər ilin qış aylarında bu qurumun adı mətbuatda mənfi mənada müntəzəm olaraq hallandırılır.

 

Maraqlıdır, görəsən qışın "oğlan çağında” sakinləri soyuqdan dondurmaqda maraqlı olan qurum bununla nə etmək istəyir. Axı "kimə şikayət edirsinizsə, edin” açıqlamasını verən Kamran adlı qazanxana müdürü də bilməmiş deyil ki, bu ölkə sahibsiz deyil və hüququ pozulan hər bir vətəndaşın arxasında onun Prezidenti dayanıb. Bu Kamran adlı qazanxana müdirü dünyadan o qədərmi xəbərsizdir ki, ölkə boyunca aparılan kadr islahatlarından, yerində olmayan məmurların sərt şəkildə cəzalandırılmasını da bilmir?


Hər halda ümid etmək istərdik ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 36 ünvanının istilik problemi yaxın zamanlarda müsbət həllini tapacaq. Əks halda mövzuya yenidən qayıdacaq və "Qazanxana imperatoru”na ölkənin sahibsiz olmadığını xatırlatmağa məcbur olacağıq.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...

Prezident: "Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var"

Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.   Sfera.az xəbər verir ki, bu sözləri Azə...

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...