Dünya

“Kibariyə Adnan Oktara “aşkitom” deyirdi” – Üç müğənni ilə Oktarın əlaqəsi üzə çıxdı

“Kibariyə Adnan Oktara “aşkitom” deyirdi” – Üç müğənni ilə Oktarın əlaqəsi üzə çıxdı
 Keçən ilin yayında Türkiyədə qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı əməllər törətməkdə ittiham olunaraq həbsə atılan din xadimi Adnan Oktarın məhkəməsində hər dəfə maraqlı detallar üzə çıxır.

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, "kedicik”lərindən biri 3 məşhur müğənninin - Muazzez Ersoyun, Kibariyenin və Seda Sayanın adlarını çəkib. Adnan Oktarın "kedicik”lərindən olan Alev Babuna həmin müğənnilərin din xadimi ilə yaxşı münasibətləri olduğunu bildirib.

"Muazzez Ersoy Adnan bəyi çox sevərdi. Kibariye ona "aşkitom” deyərdi. Seda Sayan qucaqlayırdı, öpürdü, "aşkım, bəbəyim, ruhum, həyatım” deyirdi”, - Alev Babuna belə deyib.

"Kedicik” özünü günahkar saymadığını bildirib. O, Adnan Oktarı 32 ildir tanıdığını, din xadiminə güvəndiyini söyləyib.

Alev Babuna başqa müğənnilərin də adını çəkib. "Kedicik” Adnan Oktarın Müslüm Gürsəsə xəstə olduğu vaxt kömək etdiyini bildirib.

Yenisabah.az

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930