\"Kartı vermədiyinə görə öldürdüm\" – VİDEO

\

Tovuz rayonunda qətl hadisəsi baş verib.

ARB TV xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman mübahisə yaranıb və nəticədə qətl törədilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Telxanım Bağırova – qohum: "Dedi mən öldürmüşəm. Öldürəndən sonra da bibisigilə çıxıb gedib. Kartı vermədiyinə görə atamı öldürdüm deyib ”.

Yusif Namazov – qohum: "Hər ikisi də sakit bir adam olub. Ağıla gəlməz bir şeydi. Kantuziyalı adam idi. Uzun müddət müharibədə olan adam olub. ”

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...