Kapital Bank yenə də Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib

Kapital Bank yenə də Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib
 
Məşhur Global Finance jurnalı 2019-cu il üçün dünyanın 110 ölkəsində ən güvənli və təhlükəsiz bankların siyahısını
müəyyən edib. Keçirilən sorğu nəticəsində Kapital Bank Azərbaycanın "Ən Güvənli Bank”ı ("The Safest Bank in
Azerbaijan for 2019”) adına layiq görülüb.
Banklar Moody’s, Standard && Poor’s və Fitch Ratings kimi Beynəlxlaq Reytinq Agentliklərinin uzun müddətli xarici
valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər. Sorğuda Qərbi, Mərkəzi və Şərqi
Avropa, Şimali Amerika, Latın Amerikası, Yaxın Şərq, Asiya, Avstraliya və Afrika ölkələrinin 1000-dək bankı iştirak
edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.
Artıq 20 ildən çoxdur ki, Global Finance jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini
seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlik səviyyəsi, strateji əlaqələrin
mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir
ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanır. Siyahının tərtib edilməsində əsas məqsəd ölkələr
üzrə ən təhlükəsiz bankları müəyyən etmək və maliyyə qurumlarına gələcəkdə əməkdaşlıq üçün dayanıqlı tərəfdaşın
seçilməsində yardım göstərməkdir.
Qeyd edək ki, bu ilin əvvəli Kapital Bank bu ilin əvvəli Global Finance jurnalı tərəfindən "Ən yaxşı ticarət
maliyyəçisi” ("Best Trade Finance Providers”) mükafatına layiq görülüb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...