Kapital Bank sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

Kapital Bank sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir
 

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir. 

Sfera.az-a bankdan verilən məlumata görə, müştərinin gəlirlərinin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq və hələ də ev almaq arzusunda olanlar bankın öz vəsaiti hesabına verilən 250 000 manatadək məbləğdə olan ipoteka kreditindən bəhrələnə bilərlər. 

 

İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 36 aydan 120 ayadək təşkil edir. Kampaniya çərçivəsində faiz dərəcəsi 10%-dən başlayaraq müəyyən olunur.Kapital Bank ilə partnyor olan tikinti şirkətləri ilə əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər. Kampaniya 30 sentyabr 2020-ci il tarixinədək davam edir.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 15% - 50% arasında dəyişir. İpoteka krediti verildikdə həm əmlak, həm də həyat sığortasının olması zəruridir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...