Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?
Bu gün minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır. Lakin onlardan heç də hamısı sayılıb seçilən universitetlərdə yetişmirlər. Əhəmiyyətli hissəsi keyfiyyətcə bizim ali təhsil müəssisələrimizdən aşağıda olan məktəblərdə oxuyurlar. Qəbul imtahanlarında aşağı bal yığan abutiriyentlər Dağıstana, Gürcüstana, Ukraynaya üz tuturlar. Bu zaman onlar qəbul imtahanı da vermirlər. Orta məktəbi bitirdiklərinə dair atestat bəs edir. Həmin ali təhsil müəssisələrinin də bir çoxunu Azərbaycan dövləti tanımır.
 
Təhsil eksperti Kamran Əsədov Sfera.az-a açıqlamasında bildirdi ki, Azərbaycandan xaricə gedən tələbələr bir neçə kateqoriyaya bölünür:
 
"Birinci yerdə Azərbaycanda yetərli balı yığmayan abituriyentlər ali təhsil almaq üçün atestatla qonşu Dağıstana, Gürcüstana, Ukraynaya, Türkiyəyə gedirlər. Təkcə Türkiyədə öz vəsaiti heabına oxuyan tələbələrin sayı 15 mindir. Ümumilikdə atestatla və öz hesabına oxumağa gedənlərin sayı 40 minə yaxındır. İkinci kateqoriya 2007-2015-ci illərdə xarici təhsil proqramıyla gedən gənclərdir. Onlar dövlət hesabına gediblər. Onların sayı 3500 civarıdadı. Onların təhsil alması üçün 90 milyon vəsait sərf olunub. Üçüncü kateqoriya da var ki, onlar Azərbaycanda ali məktəblərə daxil olublar amma buradakı təhsil onları qane etmədiyi üçün dünyanın inkişaf etmiş ölkələrində təhsil almağa gedirlər. İndi bir məsələ var. Biz atestatla gedənlərlə digərlərinin savadını müqayisə edə bilmərik. Bu fərqli baxışlardı. Birincisi Azərbaycandakı qəbul imtahanları bilik göstəricisi ola bilməz. Kiminsə 700 bal toplaması onun maksimum olması kimi dəyərləndirilə bilməz. Çünki mütəxəssislər ali təhsil müəsisələrində yetişdirilir. İndi məsələ gəlir 4 ildən sonra onların diplomlarının tanınmasına. Dövlət proqramıyla gedənlər avtomatik tanınır. Amma onlarla eyni qrupda öz vəsaiti hesabına oxuyan digər uşaqların diplomlarının tanınmasıyla bağlı problem var. Diplomların tanınmamağıyla bağlı haqqlı tərəflər var. Hansı ölkələrə gedirlər? Dağıstana, Gürcüstana, Ukranaya. O ölkələrin təhsili bizdən heç də yüksək deyil, əksinə aşağıdır. Orada hamı pul verib qiymət yazdırır. Bir semestri bir həftə ərzində yazdırıb gəlirlər. Təbii ki, bunların diplomlarıyla bağlı prolemlər olacaq.
 
Ona görə də dövlət deyir ki, əgər siz hansı ölkədə oxumağınızdan asılı olmayaraq qiyabi təhsil alırsınızsa, o ölkədə azı 14 gün olmalısınız. Əyani təhsil alırsınızsa, 90 gün olmalısınız. Sərhəd xidmətinə sorğu göndərilir ki, həmin vətəndaş filan ölkənin ərazisində nə qədər olub. İkincisi, tələbələrin oxuduqları ölkənin təris dilini bilib bilmədikləri test edilir. İmtinaların əsas səbəbi müddətdir, ikincisi də tədris dili. Məsələn, Ukraynaya poçtla pul göndərib qiymətinizi yazdıra bilərsiniz. Amma Türkiyədə adını çəkdiyimiz ölkələrdəki neqativ hallar yoxdur".
 
Ekspertin sözlərinə görə, təhsil nazirliyinə bununla bağlı təklif verib:
 
"Dünya reytinqində ilk 500-də olan universitetlərdə təhsil alanların diplomlarının dərhal tanınmasını təklif etmişəm. Amma maraqlısı odur ki, Azərbaycanın 50-dən yuxarı ali təhsil müəssisəsi var, amma onlardan heç biri nəinki 500, heç minlikdə də yer almayıblar. Dünyanın ən prestijli universitetlərini bitirənləri işə qəbul zamanı müsahibədən keçirirlər. Halbuki onlar müsabiqədən kənar qəbul edilməlidirlər". 
 
 Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...