Hadİsə

İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapıldı

İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapıldı
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin meyiti tapılıb.

Bu barədə Apa-ya həmin tələbənin yaxın qohumu Natəvan Seyidzadə məlumat verib.

O bildirib ki, meyit 2 gün öncə axşam saatlarında tapılıb: "Hazırda meyitin Bakıya gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Yəqin ki, meyit iyunun 22-də Bakıya gətiriləcək”.

Qeyd edək ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi, 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub.

O, ailənin yeganə oğla övladı idi.
 
 
Sfera.az

XƏBƏR LENTİ