İstanbulda terror aktlarının qarşısı alınıb
12:46 / 09.10.2019
1773
İstanbulda keçirilmiş antiterror əməliyyatları nəticəsində bir sıra terror aktlarının qarşısı alınıb.
Sfera.az xəbər verir ki, əməliyyatlar zamanı 22 PKK terrorçusu saxlanılıb.
İstintaq zamanı məlum olub ki, ticarət mərkəzlərində, vağzallarda və digər ictimai yerlərdə terror aktları planlaşdırılıbmış.
Bundan başqa, saxlanan şəxslər bələdiyyə başçılarına və deputatlara hücumlar hazırlayıbmış.