İsrail XİN-in keçmiş başçısı Bakıda Ərdoğana və İrana cavab verdi

İsrail XİN-in keçmiş başçısı Bakıda Ərdoğana və İrana cavab verdi
 

Bakıda səfərdə olan İsrail hökumətinin başçısının keçmiş müavini və keçmiş xarici işlər naziri Tsipi Livni virtualaz.org-un əməkdaşına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu günlərdə verdiyi bəyanata münasibət bildirib. Həmin bəyanatında Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu fələstinli uşaqların ölümündə ittiham edib.


 

"Mən prezident Ərdoğanın İsrailin baş nazirinin ünvanına səsləndirdiyi həmin sözlərinin qəti əleyhinəyəm. İsrail heç zaman terrorçuluğu təbliğ etməyib. Əksinə, 60 ildən artıqdır ki, biz terrorçuluğun qurbanıyıq. Buna görə də, türkiyəli liderin baş nazirimizin ünvanına ittihamları ilə razılaşa bilmərəm”, - Tsipi Livni deyib.

 

O ki qaldı İran məsələsinə, İsrailin keçmiş XİN başçısı qeyd edib ki, İranın ekstremist ideologiyası region ölkələrinin müsəlmanları üçün də təhlükəlidir.

 

"Hazırda region ABŞ-ın ərəb-İsrail münaqişəsinin tənzimlənməsi üzrə sülh planını gözləməkdədir. Təəssüf ki, Vaşinqton hələlik onun təfərrüatlarını elan etməyib. Istənilən halda, İsrail üçün İran təhlükəsi həddən artıq ciddidir”, - Livni qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...