Krİmİnal

İrandan gələn Azərbaycan vətəndaşı düz bağırsağında narkotik keçirmək istədi

İrandan gələn Azərbaycan vətəndaşı düz bağırsağında narkotik keçirmək istədi

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən milli.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan tibbi müayinəsi nəticəsində vətəndaşın düz bağırsağından şəffaf sellofana bükülü ümumi çəkisi 4 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 11 qram qara rəngli narkotik vasitə - tiryək, üzərində "M40" yazılı və üzərində "Z40" yazılı "metadon" adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031