Çingiz Qənizadə qardaşının borc qalmaqalından danışdı: “Bunu kimlərin etdiyini bilirəm…”

Çingiz Qənizadə qardaşının borc qalmaqalından danışdı: “Bunu kimlərin etdiyini bilirəm…”
 

Borc qalmaqalı ilə gündəmə gələn və nəticədə deputat mandatından rəsmən imtina edən Rəfael Cəbrayılov olayından sonra daha bir deputat eyni ittihamlara tuş gəlib.


Söhbət Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olması haqda yayılan məlumatlardan gedir. Belə ki, "Accessbank" deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb. Problemli kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Çingiz Qənizadə qardaşının doğrudan da bankdan kredit götürdüyünü təsdiqləyib:


"Qardaşım Ağdaş rayonunda yaşayır, ixtisasca həkimdir. Bankdan 17 min manat kredit götürüb, yoldaşı da ona zamin durub. Həkim üçün 17 min manat o qədər də böyük məbləğli kredit deyil. Hər birimiz bankdan pul götürə bilərik, bu cinayət məsuliyyəti yaratmır”.

 

Millət vəkili məsələnin maraqlı qüvvələr tərəfindən gündəmə gətirildiyini və onların məqsədlərinə çatmayacağını bildirib: "Bu günlərdə Qarabağ əlillərinə qarşı edilən haqsızlığa reaksiya verməyim kimlərinsə xoşuna gəlmədiyindən məni bu yolla qaralamaq, adıma ləkə yaxmaq istəyiblər. Amma arzuları ürəklərində qalacaq. Mənə qarşı qurulan "qara piar” kampaniyasının sifarişçisinin kimliyini də bilirəm, sadəcə hələlik ad çəkmək istəmirəm”.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...