İnfarkt keçirəcəyinizi 1 ay öncədən anlaya bilərsiniz

İnfarkt keçirəcəyinizi 1 ay öncədən anlaya bilərsiniz
Həkimlər bildirir ki, hər insan infarkt keçirəcəyini 1 ay öncədən müəyyənləşdirə bilər. Bu isə ölüm hallarının qarşısını almaq üçün çox önəmlidir. Bəs, infarkt riskinin artdığını necə müəyyənləşdirmək olar?
 
İnfarktdan bir ay əvvəl hiss edilən simptomları təqdim edirik:
 
*Halsızlıq
 
Arteriyalar daraldıqda ürəyə daha az qan gedir. Bu isə ürəyin işini çətinləşdirir. Ürək daha çox işləməyə məcbur olduğu üçün insanda halsızlıq və yorğunluq müşahidə edilir.
 
*Nəfəs çatışmazlığı
 
Ürəyə qan az gedirsə, deməli, ciyərlərə gedən oksigen miqdarı da azalacaq. Bu isə nəfəs darlığına gətirib çıxaracaq.
 
*Arıqlamaq
 
Arteriyalar daraldığı üçün qan dövranı zəifləyir. Bu isə əzələlərin və orqanların kifayət qədər qidalana bilməməsinə səbəb olur. Ona görə də, səbəbsiz yerə arıqlamaq infarkt riskinin artdığını göstərə bilər.
 
*Baş hərlənməsi və soyuq tər
 
Qan dövranının sürəti zəifləyəndə beynə daha az qan gedir. Bu halda baş hərlənməsi və alında soyuq tər müşahidə olunur.
 
*Sinədə ağrı və ya təzyiq
 
Sinədə ağrı və ya həmin hissədə təzyiq hiss etmək infarkt əlamətlərindən biridir. Bu əlamətlərlə üzləşdikdə dərhal həkimə müraciət etməli və müayinədən keçməlisiniz.(publika.az)

OXŞAR XƏBƏRLƏR