İlham Əliyev Türkiyənin Baş nazirini təbrik etdi

İlham Əliyev Türkiyənin Baş nazirini təbrik etdi

Prezident İham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırıma təbrik ünvanlayıb.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə bu gün özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır. Dövlətçiliyinə qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxması Türkiyənin bir dövlət kimi qüdrətini, eləcə də ölkədəki sarsılmaz dövlət-xalq vəhdətini bir daha əyani şəkildə nümayiş etdirdi.

Azərbaycanla Türkiyəni möhkəm dostluq və qardaşlıq telləri, ortaq mənəvi dəyərlər və həmrəylik birləşdirir. İnanıram ki, ölkələrimizin birliyi və müttəfiqliyi bundan sonra da xalqlarımızın rifahına, qarşıya qoyduğumuz vəzifələrin həllinə, beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimizin möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və rifah arzulayıram".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...