III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olunub

III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olunub

Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.

Oxu.Az xəbər verir ki, ilin sonunda AOK Azərbaycan da daxil olmaqla əlli üzvünə III Avropa Oyunlarının 2023-cü ildə keçirilməsi üçün tenderdə iştirak etməyə çağırış edən məktub göndərib.

Artıq Polşa Katovitse şəhərinin namizədliyini irəli sürüb. Polşa Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Poreba və Katovitse merinin müavini Mariuş Skiba yanvarın 18-də AOK-un qərargahı olan İtaliyanın paytaxtı Romaya bu təkliflə gedib.

 

Qeyd olunub ki, bu ilin əvvəlində Qılıncoynatma üzrə Dünya Kubokuna ev sahibliyi etmiş Katovitse digər Polşa şəhəri ilə də birgə bu yarışı keçirə bilər. Həmçinin paytaxt Varşavanın cənubundan 290 km aralıda olan Katovitsenin bu il Ümumdünya Anti-Dopinq Agentliyinin prezident seçkilərinin keçiriləcəyi konfransa ev sahibliyi etməsi şəhərin əhəmiyyətini artırıb. 

Həmçinin AOK-un italiyalı baş katibi Raffaele Panyotsi bildirib ki, başqa bir neçə Avropa ölkəsindən də onlara müraciət olub. AOK-un sloveniyalı prezidenti Yanez Kotsiyançiç isə yaxşı maliyyə imkanları vəd edən təkliflər aldığını bu ayın əvvəllərində qeyd edib.

Müraciət üçün son tarix isə bu ilin 28 fevralıdır. Yanvarın 25-də AOK İcraiyyə Komitəsi namizədləri müzakirə edəcək. İyunun 20-də isə təşkilatçı ölkənin adı açıqlanacaq.    

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...