İcra başçısı İTV-nin aparıcısnı təhqir etdi: \"Sən kimsən axı, eybəcər köpəyin...\"

İcra başçısı İTV-nin aparıcısnı təhqir etdi: \
 Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev ötən gün İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D" verilişinə qatılmaqdan imtina etməsi və bəstəkar-müğənni Elza Seyidcahan tərəfindən ona qarşı səsləndirilən ittihamlar barədə danışıb.

Sfera.az 
 demokrat.az-a istinadən xəbər verir ki, Əhəd Abıyev bildirib ki, Dadaş Dadaşlinski bir həftə əvvəl onu da  həmin verilişə dəvət edib:

"Bir həftə əvvəl İctimai televiziyadan mənə zəng olunaraq, robotun aparıcılıq etdiyi verilişə dəvət etmişdilər. Ancaq mən bu dəvətdən imtina etdim. Hesab edirəm ki, deputat Fəzail Ağamalı da bu verilişə getməməklə çox düzgün edib. Axı mənim robot olan verilişdə nə işim var?!". 

İcra başçısı "3D" verilişinin aparıcısı olan Dadaş Dadaşlinskini də təhqir edib:
 

"Sən kimsən axı, eybəcər köpəyin... Sən kimsən ki, mən sənin çağırışına gəlim?! Yaxud da Seyidcahan kimdir ki, onun mənə hədə gəlməsi ilə deputat seçilsin? Mən yenə deyirəm ki, ona heç kəs səs verməz. O danışığını bilmir, ondan deputat olmaz. Mən onu görəndə salam belə vermirəm. O, gah dovşan olur, gah da kirpi, belə adamların deputat olmaq istəyi eyibdir. Bu, Milli Məclisi ələ salmaqdır. Bizim hörmətli ziyalılarımız, professorlarımız gəlib Milli Məclisin deputatı olmalıdır. Axı Elza kimdir ki, deputat olsun?!".

İcra başçısı Elza Seyidcahanın ötən gün efirdə səsləndirdiyi ittihamlara da cavab verib:

"Bir neçə il əvvəl Elza Seyidcahan zəng edib dedi ki, mən gəlirəm Daşkəsəndən deputatlığa namizədliyimi verməyə. Mən isə ona dedim ki, get paltar sabunu ilə üz-gözünü təmizlə, yoxsa camaat səni daş-qalaq edər. Əslində, mən ona sabun təklif etmişəm, o mənə yox! Həmin vaxtı bu barədə saytlarda da məlumatlar getmişdi. İndi necə olur ki, o vaxtı belə deyilən sözün indi Seyidcahan əksini söyləyir? Məntiqlə də o deputatlığa namizəd olmaq istədiyi üçün mənə zəng etmişdi. Ümumiyyətlə, Elza Seyidcahana baş qoşmaq lazım deyil. Deyir ki, deputatlığa namizəd olmaq istəyirəm. Lap gəlib namizədliyini versin, görək kim ona səs verəcək. Məgər deputatlıq "imam ehsanı"dır? Bilirsiz, Rövşən Rzayev "Qaçqınkom"a gedəndən sonra, Daşkəsəndə həmin dairə boş qalıb. Tək Elza deyil, bir-iki nəfər var ki, deputat olmaq arzusuna düşüblər. Ancaq anlamırlar ki, deputat olmaq üçün xalqın etimadını qazanmaq lazımdır. Yoxsa ki, icra başçısı deputat seçmir!".
 


OXŞAR XƏBƏRLƏR

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...