İçimizdəki qəddar insan necə yaranır? - Psixoloji məqamlar

İçimizdəki qəddar insan necə yaranır? - Psixoloji məqamlar

Sfera.az medicina.az-a istinadən psixoloq Aydan Sabirlinin yazısını təqdim edir.

Bu, hər zaman bizə təzyiq göstərən ağır valideyn obrazının oxşarı olmur. Bəzən bu qəddarlıq öz-özlüyündən formalaşır.

Bir qadın bildirir ki, uşaqlıqda heç kəs onu səhvlərinə görə cəzalandırıb, qiymətlərinə görə danlamayıb. İçində yaranan bu idarəedici ideallıq həvəskarı olan obrazın yaranma səbəbini anlaya bilmir. Uşaqlıqdan səhv etməyə imkan verməyən mükəmməliyyətçilik sindromu sürəti dəyişməyərək indi də ideallıq axtarışındadır. Qadın bu ideallığı əldə etmək üçün var gücü ilə çalışır, sağlamlığın, vaxtın, münasibətlərin məhv edir.

Bəs bunun yaranma səbəbi nədir?

Axı valideynləri və müəllimləri bu qıza qəddarlıq və təzyiq göstərməyiblər?!
O zaman bunun səbəbini açıqlayım:

Valideynlər uşağı səhvlərinə, uğursuzluqlarına görə danlamaya bilərlər, lakin onun normal obrazına, adi halına sevinməyərək, uşağa saymazlıq edirlər.
Lakin bir uğurun gördükdə onunla fəxr edirlər, gülümsəyirlər, sevgilərin dilə gətirirlər, durmadan əldə etdiyi nəaliyyətlərdən bəhs edirlər.

Bu halda uşaq nə edir?

O hiss edir ki, valideynləri yalnız bunun uğuruna xoşbəxt olub, sevinirlər. Uğurlar və əla qiymətlər olmadıqda isə uşağı sevmirlər, ona gülümsəmirlər, heç nəyin fərqinə varmırlar, bir sözlə onu saymırlar.

 

Uşaq isə bu sevgini qazanmağa çalışaraq, özünü fəda edir, hər şeyi əldə etməyə çalışır, mükəmməl olmağa çabalayır. İçindəki səs ona "Biraz da çalış, daha çox əldə et, dayanma, mükəmməl biri ol yoxsa səni sevməyəcəklər..."
Beləliklə uşaqda mükəmməliyyətçilik sindromu, narsistlik, əldə edici obraz yaranır.

Bu problemin təməlində isə sevdiklərini itirmə qorxusu, təsdiq axtarışı, dəyərsizlik hissi, mükəmməliyi ilə bədbəxt anaya xoşbəxtlik bəxş etmə çabası yatır.

İçində yaranan bu obraz belə edərək onu qoruyur və qayğısına qalmağa çalışır. Öz-özlüyündən formalaşan bu qəddar diktator əslində bir müdafiyə mexanizmidir.

Ona görə də, övladlırınızı olduğu kimi qəbul edib, onlara sevginizi göstərin ki, gələcəkdə onlar da özlərini sevməyi bacarsınlar.


OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...