Həyat yoldaşı Afət Fərmanqızına ŞOK QADAĞA QOYDU - Hacı əsəbiləşdi və...

Həyat yoldaşı Afət Fərmanqızına ŞOK QADAĞA QOYDU - Hacı əsəbiləşdi və...
 

Tanınmış müğənni Afət Fərmanqızı sosial şəbəkələrdə onu təhqir edənlərə sərt ismarış yollayıb.

Sfera.az xəbər verir ki, redaktor.az-a açıqlama verən müğənni bildirib ki, dəfələrlə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

"Hamı evdə anasından, atasından aldığı tərbiyəni göstərir. O vaxt 4-5 dəfə polisə müraciət etdik, təhqir edən adamları tapdıq. Monitor arxasında söyənlər polis bölməsində ayağıma düşüb yalvarırdılar ki, onları bağışlayım. Bunun görüntüləri də var əlimdə, sadəcə yaymaq olmaz. Bunun özü də cinayətdir".

Müğənni əlavə edib ki, sosial şəbəkələrdə ona təhqir yazanlardan biri də həmkarı olub:

"Məni təhqir etmişdi, kim olduğunu tapdım. Məlum oldu ki, öz həmkarımdır. Guya telefonundan kimsə yazıb. Bunun xəbəri yoxdu".

Afət Fərmanqızı qeyd edib ki, ailə qurduqdan sonra həyat yoldaşı ona sosial şəbəkələrdən istifadə etməyi qadağan edib:

"Hazırda həyat yoldaşım mənə "İnstagram", "Facebook" və digər sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. İstəyir ki, vaxtımı ancaq sənətimə ayırım".

Qeyd edək ki, müğənni bir müddət öncə Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan iş adamı ilə ailə qurub. Bu, müğənnin ikinci evliliyidir. Bundan öncəki evliliyindən isə bir oğlu var. O, hazırda Avropada təhsil alır.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...