Hər hansı əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan öldü - \"Təkcə yaşlıları öldürmür...\" - FOTO

Hər hansı əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan öldü - \
 Hər hansı bir əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan ölüb.

Sfera.az milli.az-a istinadla xəbər verir ki, hər hansı ağır xəstəliyi olmayan 21 yaşlı Chloe Middleton (Xlo Midlton) adlı qız COVID-19-dan dünyasını dəyişib.

Beləliklə, o, Britaniyada koronavirusun ən gənc qurbanına çevrilib.

Qızlarının ölümündən şoka düşən ailəsi insanları koronavirusu ciddiyə almağa səsləyib.

"İnsanların adi xəstəlik kimi qəbul etdiyi bu virusdan mənim gənc qızım öldü", - qızın anası Diane Middleton sosial şəbəkə hesabında yazıb.
 
İngiltərənin Bakinqhemşir qraflığında yaşayan qadın insanları evdə qalmağa səsləyib. O, bildirib ki, virus təkcə yaşlıları öldürmür.

Mart ayının 25-nə olan statistikaya görə Britaniyada 8227 nəfərdə koronavirus aşkarlanıb. 433 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Ümumilikdə, dünya üzrə 452157 nəfər koronavirusa yoluxub. 20494 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 113120 insan COVID-19-dan sağalıb.

Qeyd edək ki, koronavirusdan sağalanların ağciyərinin fəaliyyəti 30 faiz zəifləyir. Hər hansı cəld hərəkət zamanı təngnəfəsliyə və boğulmaya səbəb olur.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...