Həkim: “Avtobusların dezinfeksiya edilməsi çox müsbət addımdır”

Həkim: “Avtobusların dezinfeksiya edilməsi çox müsbət addımdır”

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizdə bir sıra sahələr kimi ictimai nəqliyyat sahəsi də nəzarətdə saxlanılır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri həyata keçirilir.


Həkim-terapevt Afət Zeynalova Avtosfer.az-a verdiyi açıqlamada bu kimi qabaqlayıcı tədbirlərin lazımlı olduğunu qeyd edib: "Bu virus təmasla keçir. Həm havadan damcı yolu ilə, həm də müxtəlif əşyaların üzərində olan tüpürcək vasitəsilə insanlar bu virusa yoluxa bilər. İctimai nəqliyyatda əl tutacaqları və digər hissələr dezinfeksiya edilir ki, virusun keçiricilik faizi azaldılsın. Bu məqsədlə müxtəlif qurumlar dövlət tərəfindən lazımı dezinfeksiya edici maddələrlə təchiz olunub və onlara müəyyən tapşırıqlar verilib. Eyni zamanda avtobuslarda da dezinfeksiya işləri aparılır. Bu, çox müsbət addımdır və belə də olmalıdır. Bakıda hələ ki, karantin olmadığına görə, genişmiqyaslı işlər aparılmır. Sadəcə qabaqlayıcı tədbir kimi bu dezinfeksiya işləri həyata keçirilir. Əgər karantin olsa işlər daha genişmiqyasda aparılar”.


Nəqliyyat üzrə ekspert Rəşad Quliyev qeyd edib ki, bu kimi dezinfeksiya işləri hər gün aparılmalıdır: "Corona virus adı ilə tanınan COVİD-19a qarşı bütün dünyada mübarizə aparıldığı kimi Azərbaycanda onlardan geri qalmır. Əhalinin sıx olan yerlərində qoruyucu maskalardan istifadə və ictimai nəqliyyatda aparılan dezinfiksiya işləri əlbəttə ki, təqdirəlayiqdir. Hazırda bu virus Avropa ölkələrində də yayılıb. Məsələn, Almaniyada 16 böyük vilayətdən artıq 10-da, bu virusa yoluxmuş insanlarda adı çəkilən xəstəlik müəyyən edilib. Lakin Almaniyada ajotaj və panika Azərbaycandakı qədər yüksək deyil. İctimai nəqliyyatda dezinfeksiya işləri ölkədə hər hansı xəstəlik olmasa da belə aparılır. Çünki adından göründüyü kimi ictimai nəqliyyat məhz ictimaiyyətin istifadəsi üçün olduğundan hər gün işə başlamamışdan öncə parkdan çıxan avtobus, tramvay və ya qatarlarda bakteriyalara qarşı profilaktik tədbirlər görülərək dezinfiksiya işləri aparılır”.


 

Qeyd edək ki, Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb. Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb. Eyni zamanda, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Qeyd edilib ki,...

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır

Xəbər verdiyimiz kimi Bakı-Quba-Rusiya ödənişli yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Sfera.az xəbər verir ki, qəzada...