Günəbaxan və qarğıdalı yağları sürətlə BAHALAŞIR

Günəbaxan və qarğıdalı yağları sürətlə BAHALAŞIR
Qlobal bazarlarda bitki yağlarının bahalaşması Azərbaycanda da eyni növ məhsulların bahalaşmasına səbəb olur. Son bir ilin təhlili göstərir ki, bahalaşma sürəti böyükdür və bu dəyişiklik xüsusən günəbaxan və qarğıdalı yağlarında baş verir. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin avqustun sonunda bir litr üzrə orta qiymət günəbaxan yağında 4,2 manat, qarğıdalı yağında 5,5 manat olub. İlin əvvəli ilə müqayisədə günəbaxan yağı 1,1 manat və ya 35,5 faiz, qarğıdalı yağı 1 manat, yaxud 22,3 faiz bahalaşıb. 

Son bir ilin müqayisəsində isə bahalaşma daha böyük olub. Belə ki, ötən ilin avqustu ilə müqayisədə bu ilin avqustunda günəbaxan yağı 1,3 manat (45 faiz), qarğıdalı yağı 1,2 manat (27,7 faiz) bahalaşıb. 

Azərbaycanda bitki yağları arasında son istehlak məhsulu kimi ən çox günəbaxan və qarğıdalı yağları istehlak edilir. Bu yağlarda qiymət artımının böyük olması ümumən qida məqsədilə istehlak edilən yağların dəyərinin son bir ildə 9 faiz artmasına səbəb olub. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...