“Günay Sığorta” minimal sığorta haqqı olan yeni məhsulunu təqdim etdi - QİYMƏTLƏR

“Günay Sığorta” minimal sığorta haqqı olan yeni məhsulunu təqdim etdi - QİYMƏTLƏR
 

"Günay Sığorta” Azərbaycan sığorta bazarı üçün sərfəli olan və maksimum dərəcədə hər kəsin büdcəsinə uyğun olan fərdi qəza sığorta məhsulunu təqdim edir. 

 

Məhsulun yaradılmasında əsas məqsəd vətəndaşları gündəlik həyatda baş verə biləcək riskləri təminata alaraq minimal məbləğə sığortalamaqdır.

 

Sığorta məhsullarının qiyməti müştərilərin daim narazıçılığına səbəb olur. Bunun üçün minimal sığorta haqqı olan sığorta məhsulları vətəndaşlar da maraq yaradır.  

 

İstənilən şəxs cüzi sığorta haqqı ödəməklə bu məhsulu əldə etmək imkanı qazanacaq. Verilən sığorta haqqı qarşılığında sığortalanan şəxs böyük məbləğdə sığorta təminatı əldə edəcəkdir. 

 

Fərdi qəza sığortası partlayış, yanğın, donma, elektrik cərəyanı, ildırım, gün vurmanın təsiri, cani hücumu, heyvanın hücumu, hansısa əşyanın və ya sığortalının yıxılması, qəfildən boğulma, təsadüfi olaraq tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilər, kimyəvi maddələr, keyfiyyətsiz yeyinti məhsullarla təsadüfi olaraq kəskin zəhərlənmə, həmçinin nəqliyyat vasitələrinin (avtomobil, qatar və s.) hərəkəti və ya qəzası kimi xoşagəlməz hallar zamanı sığorta təminatı verir. Bu risklər üçün sığorta limitindən asılı olaraq sığorta haqqı 5 manat və 10 manatdır.

 

Nəzərə alsaq ki, artıq yay fəsli yaxınlaşır və bu fəsildə kütləvi zəhərlənmə halları, gün vurma, regionlarda heyvan hücumu (ilan sancması və s.) və s. kimi xoşagəlməz hallar çoxalır. Həmçinin yol nəqliyyat hadisələri də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Nəticədə bu kimi hallar Fərdi qəza sığortasını aktual edir.

 

Fərdi qəza sığortası ilə həm fiziki şəxslər özlərini, həmçinin şirkət rəhbərləri öz əməkdaşlarını sığortalaya bilərlər. Məhsul sığortalılara 2500 azn və 5000 azn sığorta limiti təqdim edir.

 

Məhsulu əldə etmək üçün şirkətimizin məlumat mərkəzinə zəng edə (012 990), saytına (www.gunaysigorta.az) , rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/), instagram səhifəsinə (//www.instagram.com/gunay_insurance/ ) müraciət edə və yaxud şirkətin baş ofisinə, nümayəndəliklərinə və satış nöqtələrinə yaxınlaşa bilərlər.

 

Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan "Günay Sığorta” bu məhsulun bazara təqdim olunma ideyasını da məhz müştərilərdən daxil olan çoxsaylı sorğulara əsasən hazırlamışdır.


OXŞAR XƏBƏRLƏR

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Qazaxıstan müdafiə nazirinin birinci müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Azərbaycan Hərbi Hava Qü...

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

Ötən gün Respublikanın sabiq baş pediatrı, professor Nəsib Quliyevin intihar etməsi gündəm olub. Bu xəbərdən sonra daha çox müzakirə obyekti olan məsələ isə məh...

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ ETDİ - FOTO - YENİLƏNDİ - 5

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqme...