"Günah müğənnilərdədir, böyük danışırdılar, indi cavab versinlər"

Aparıcı Rövşanə Ağasəfqızı müğənnilərin tənqidlərə məruz qalmasına münasibət bildirib.

Sfera.az axşam.az-a istinadən bildirir ki, "Səhər-səhər" verilişinə qonaq olan aparıcı sənət adamlarını tənqid edib.

Proqramda sosial şəbəkədə ifaçıların çox tənqid edilməsi mövzusu müzakirə olunub. Rövşanə isə bu şəraiti ifaçıların özlərinin yaratdığını bildirib:

"Bütün günah müğənnilərin özündədir. Zamanında özlərini elə tanıtdılar ki... Qadağalar götürüldü, müğənnilər efirlərə axışdı. İnstaqram, digər sosial şəbəkələrə başladılar. Başladılar böyük-böyük danışmağa. Elə bildilər ki, elə hər gün toya gedəcəklər, insanlar 8-10 müğənnini birdən məclisə dəvət edəcək. Bunlara 20-15 min verəcəklər. Belə-belə xalqın içində onlara qarşı kin yarandı.

Müğənni çıxıb sevigilisindən, villasından danışdı. "Savadım yoxdur, əcəb edirəm, villam, maşınım belədir, heç oxumuram" dedi. Biri çıxıb deyir tanışımdan uşaq dünyaya gətirmişəm, əcəb etmişəm. O birisi çıxıb başqa söz deyir. Böyük-böyük danışa-danışa qaldılar gündəmdə, aktyorlar, rejissorlar qaldı ikinci planda. Nə oldu, içindən müğənni çıxır. 

İnsanları hədələyirlər, kim qabağımda durarsa, onu belə edərəm, deyirlər. Hüquq mühafizə orqanları qalır kənarda, müğənnilər çıxıb deyir araşdıracam, dərsini verəcəm. İndi gedin cavab verin. Müğənniciklərdir onlar hamısı".

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...