“Grand Hospital”la bağlı cinayət işi başlandı

“Grand Hospital”la bağlı cinayət işi başlandı
 Bakı şəhər prokurorluğu "Grand Hospital” tibb mərkəzindəki əməliyyatdan sonra baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Qaynarinfo-nun məlumatına görə, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...