General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı - Nazir ƏMR verdi

General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı - Nazir ƏMR verdi

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.


Sfera.az avtosfer-ə istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usuobovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib.

O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zaur Cəfərov əvvəllər Səbail rayon DYP-nin rəisi olub. Bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama göndərilmişdi.

Yasir Qurbanovun adı isə son günlərin gündəmi sayılan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun işində hallanır. Avtosfer.az hələ bir neçə ay öncə məlumat vermişdi ki, Bakıda generallardan birinin oğlu avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququndan məhrum edilib. O vaxt həmin generalın kimliyi barədə geniş məlumat almaq mümkün olmasa da, dünən ortaya çıxan rəsmi faktlar göstərdi ki, həmin general oğlu Rüstəm Orucov imiş.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dəfələrlə avtoxuliqanlıq etdiyi üçün saxlanılan Rüstəm Orucov atasının dəstəyi ilə məsuliyyətdən kənarda qala bilirmiş. Lakin sonuncu dəfə onun işi mayor Yasir Qurbanovun əlinə düşüb. İşində qətiyyət göstərən Yasir Qurbanov general Novruzəli Orucovun basqılarına baxmayaraq, öz işini qanun çərçivəsində görüb və məhkəməyə tutarlı faktlar təqdim edib. General Novruzəli Orucov məhkəməyə də təsir etməyə çalışsa da, hakim yol polisinin təqdim etdiyi sübutları əsas götürərək general oğlu Rüstəm Orucovun sürücülük hüququnu 2 il müddətinə məhdudlaşdırıb.

Əslində, həmin vaxt generalın oğlu inzibati qaydada həbs də oluna bilərdi. Lakin atası buna imkan verməyib. Yol polisinin inadkarlığını görən general Novruzəli Orucov oğlunun sürücülük hüququnun bərpa edilməsi üçün yuxarı instansiyalara şikayət etsə də, istəyinə nail ola bilməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun Rüstəm Orucovla bağlı yaydığı rəsmi açıqlamada da onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi təsdiq olunur.

General Novruzəli Orucov isə prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunandan sonra verdiyi açıqlamada övladını ərköyün böyütdüyünü və bununla da səhvə yol verdiyini etiraf edib.

Bəlkə də, bir neçə ay öncə general Orucov yol polisinə qarşı dirəniş göstərib övladını müdafiə etməsəydi, qanun qarşısında cavab verməsinə imkan versəydi, bu gün nə özü işdən azad olunardı, nə də oğlu həbs edilərdi...

P.S. Yol polisinin məmur övladlarına qarşı yumşaq davrandığını deyənlər də unutmasın ki, "avtoş” Rüstəm Orucovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılanda onun atası general Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini idi. Lakin qanun qalib gəlmişdi...

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...