Gəncədə dəhşətli hadisə baş verdi

Gəncədə dəhşətli hadisə baş verdi
Gəncə şəhərində hamilə qadının boğazının kəsilməsi ilə bağlı təfərrüat məlum olub.

Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Ü.Əliyeva Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. R.Qarayev isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Ü.Əliyevanın qohumları hadisənin qısqanclıq zəminində baş verdiyini bildiriblər.
Belə ki, R.Qarayev və Ü.Əliyeva ailə qurublar. Lakin övladları olmadığından boşanıblar. 

Xəstəxanalardan birində tibbi bacısı işləyən Ü.Qarayeva başqası ailə həyatı qurub.
Faktla bağlı araşdırmalara başlanıb. (report)

10:51

Gəncə şəhərində ər hamilə arvadının boğazını kəsib, özünü isə bıçaqlayıb.

Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Kəpəz rayonunda yerləşən "Sərçə bazarı" adlanan ərazidə baş verib.

Hələlik adı məlum olmayan şəxs hamilə arvadının boğazı kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hamilə qadın da əməliyyat edilib. 

Faktla bağlı araşdırma aparılır.

Sfer.az

OXŞAR XƏBƏRLƏR