Gənc qızlar üçün təlim - Gəncədə

Gənc qızlar üçün təlim - Gəncədə
 

"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Regionda yaşayan qızların forumu" adlı layihənin icrasına yekun vurub.

Layihənin əsas məqsədi regionda yaşayan gənc qızların fərdi inkişaf strategiyasını izləməklə onların bilik bacarıqlarını artırmaq və qızlar arasında şəbəkələşmə metodunu istifadə edərək forum təşkil etmək idi. Layihə Gəncə, Quba və Lənkəran regionunu əhatə edib.

Layihə çərçivəsində son təlim 7 dekabrda Gəncə şəhərində təşkil edilib. Təlimdə 25 gənc qız iştirak edib. Təlimin mövzusu fərdi inkişaf planın hazırlanması və gənc qızların bacarıqlarının rəqəmsal məkanda fəaliyyətlərinin genişlənməsi idi. Təlimçi Günel Səfərova gənc qızlara strategiya, taktika, qısa və uzun müddətli fəaliyyət planının hazırlanması mövzusunda məlumat verib.

Daha sonra iştirakçılar fərdi inkişaf planı hazırlayıb. Gənc qızlardan bir çoxu online marketinq anlayışına malik olduğu üçün artıq biznes fəaliyyətinə malik idi. Onlardan bir neçəsi qadın aksessuarlarının, geyimlərin və əl işlərinin online satışını təşkil edir. Eyni zamanda Gəncə şəhər əhalisinin sayının çox olduğunu nəzərə alaraq digər iki regiondan daha çox fərqli biznes ideyaları və fərdi inkişaf planları hazırlanıb.


OXŞAR XƏBƏRLƏR