\"Gedib Rövnəq Abdullayevi güllələyək?\" - Aqil Abbas

\
Xorvatiyaya məğlubiyyətdən, Litva ilə heç-heçədən sonra futbol üzrə Azərbaycan millisinin üzvlərinə pul mükafatının verilməsi birmənalı qarşılanmayıb.

Bununla bağlı açıqlama verən millət vəkili Aqil Abbas isə fərqli düşünür. Onun sözlərinə görə, bunu faciəyə çevirmək lazım deyil:

"Məsələdən xəbərim var. Aydın məsələdir ki, məğlub olan komandaya heç kim pul vermir. Belə bir şey yoxdur. Amma ilk oyunlarıdır. Futbolçulara maaş kimi veriblər. Dmitri Nazarovla Eddi İsrafilovun yol pulunu verməlidirlər, ya yox? Bunu faciəyə çevirmək lazım deyil. Oynayıblar, əziyyət çəkiblər”.

Aqil Abbas açıqlamasında keçmişə də nəzər salıb:

"Bir dəfə "Qarabağ”la Yablonetsə getmişdik. Çox pis uduzduq. Cibimdə min neçəsə dollar var idi. Sponsora dedim ki, sən canın, uşaqlara bir az pul ver. Dedi, uduzan komandaya pul verməzlər. Uşaqların hamısı dilxor idi, çörək yeyirdilər. Gəldim min dolları stolun üstünə qoydum ki, hərəniz buradan bir şey alıb aparın. Özümüzü öldürməyəcəyik ki?”

Məsələ burasındadır ki, Qurban Qurbanov millimizin baş məşqçisi olarkən AFFA rəhbərliyi belə səxavətli davranmayıb. AFFA-nın uğursuz nəticəyə görə pul mükafatı verməsi isə ikili standartın olduğunu isbatlayır. Millət vəkili açıqlamasında buna belə münasibət bildirib:

"Dostum, Qurban Qurbanov mənim ən sevimli adamımdır. O vaxt nə olub, dəqiq bilmirəm. Gərək Qurban Qurbanov istefaya göndərilməyəydi. Xaricdən gələn məşqçiləri də heç vaxt qəbul etməmişəm. AFFA çalışır ki, komandalara kömək etsin. Neçəsinin pulunu AFFA verir. İndi gedib Rövnəq Abdullayevi güllələyək? Deyək ki, niyə pul vermisən? Motivasiya üçün bir az pul veriblər. Dünya dağılmayıb ki”.Yenicag

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...