Göbək düşməsi ilə bağlı iddialar - FOTO

Göbək düşməsi ilə bağlı iddialar - FOTO
Faktlar

Göbək düşməsi anlayışının sübuta əsaslanan müasir tibbdə qarşılığı yoxdur.

Qarın nahiyəsində ağrı olan xəstədə, ağrının səbəbi araşdırılaraq altda yatan bir xəstəlik varsa aşkarlanmalı və buna uyğun müalicə tətbiq edilməlidir.

"Göbək düşməsi” kimi ifadə edilən şikayətlərin başqa səbəbləri ola bilər.

İllərdir həm internetdə həm də xalq arasında "göbək düşməsi” ilə bağlı iddialar yayılır. Paylaşılan bir çox yazıda və videoda isə bunun necə müalicə edildiyi haqqında iddialara yer verilib.



"Göbək düşməsi” diaqnozu mövcud deyil

Bəzi hallarda "göbək qaçması”, "ürək-göbək düşməsi” kimi də adlandırılan "göbək düşməsi” ilə bağlı Azərbaycan, Türkiyə, Hindistan və başqa ölkələrdə yayılmış iddialar mövcuddur. Bu ifadə vücudun mərkəz nöqtəsinin göbək olduğu və bu hissənin yer dəyişdirərək düşdüyü inancına əsaslanan bir anlayışdır. Lakin bu anlayış və ya termin sübut əsaslı müasir tibb lüğətində mövcud deyil. 

Xəstəliklərin Beynəlxalq Təsnifatı (ICD) siyahısı mövcuddur. Xəstəliklər, diaqnozlar ilə bağlı sinifləndirmə və terminologiyanən olduğu bu rəsmi saytda detallı axtarış etdikdə bu barədə hər hansı bir nəticə çıxmır.


Xəstəliklərin Beynəlxalq Təsnifatı (ICD) brauzerində axtarış nəticəsi

Eləcə də Harvard Universitetinin tibbi terminlər lüğətində axtarış etdikdə belə bir termin olmadığını görürük.

Şikayətin səbəbi fərqli xəstəliklərdən qaynaqlana bilər
Teyitin əlaqə saxladığı Hacettepe Universitetinin Tibb Fakültəsi Cərrahiyə şöbəsindən Prof. Dr. Osman Abbasoğlu, göbək düşməsinin tibbdə hər hansı bir qarşılığının olmadığını, qarın ağrısı, bel ağrısı, halsızlıq və ya mədə ilə bağlı şikayətləri olan xəstədə altda yatan səbəbin aşkarlanması gərəkdiyini deyir. Buna görə göbək düşməsi ilə əlaqləndirilən şikayətlərin əsl səbəbi üçün ümumiləşdirmə aparmaq olmaz. Simptomların altında fərqli bioloji mexanizmlərlə bağlı tamamilə fərqli problemlər ola bilər. 

Yəni el arasında yandırılan əşyanın istiliyi ilə, hoppanaraq, dairəvi əşyalarla masaj edərək yaxud fərqli otların yardımı ilə göbəyin qaldırıldığı iddia edilsə də qarında və mədədə olan ağrıların fərqli səbəbləri ola bilər.

Türkiyə Cərrahiyə Dərnəyi Müdiri Prof. Dr. Seher Demirer Teyitə verdiyi açıqlamada göbək düşməsinin hər hansı bir tibbi əsası olmadığını, problemin qarın əzələləri zəif olan şəxslərin başına gələn sağlamlıq problemlərindən meydana gələ biləcəyini deyir. Türkiyə Cərrahiyə Dərnəyi rəsmiləri göbək düşməsi şikayəti ilə xəstəxanaya müraciət edən xəstələrin bir çoxunda aparılan müayinə nəticəsində hər hansı xəstəlik aşkarlanmadığını, bir çox xəstədə isə depressiya əlamətlərinə rast gəldiklərini deyir.

Hindistanda şübhəli tibbi məlumatlar ilə bağlı fakt yoxlama aparan THİP-ə müsahibə verən həkimlər də tibbdə belə bir diaqnozun olmadığını, ağrının altında yatan səbəbin araşdırılmalı olduğunu və dəqiq diaqnozdan sonra müalicə edilməsi gərəkdiyini bildirib.

Keçmişdə müalicə adı ilə tətbiq edilən metodların bəzi pis nəticələri olub. Türkiyədə bel ağrısı şikayəti ilə Dr. Ertan Beyatlıya müraciət edən və əslində qrija olan Hamide Karadayı, tibb lüğətində mövcud olmayan "göbək düşməsi” əməliyyatının ardından çarpayıya bağlı yaşamaq məcburiyyətində qalıb.


OXŞAR XƏBƏRLƏR