Firminyo 1-ci, Neymar 3-cü oldu

Firminyo 1-ci, Neymar 3-cü oldu
Liverpulun forvardı Roberto Firminyo Samba Gold 2018 mükafatına layiq görülüb.
 
Sfera.az xəbər verir ki, mükafat Avropada oynayan ən yaxşı braziliyalı futbolçuya təqdim edilir. Qalib jurnalistlər, futbolçular və internet istifadəçiləri arasında keçirilən sorğuya əsasən müəyyən edilir.
 
Sorğuya əsasən 27 yaşlı forvard  21,79% səs toplayıb.
 
İkinci yeri Realın üzvü Marselo (20,51%) tutub, üçüncülük isəNeymara (18,67%) qismət olub.
 
Sonrakı yerlər belədir:
 
Alisson    16,39%
Thiago Silva    5,29%
Ederson    4,65%
Marquinhos    2,75%
Fabinho    2,64%
Philippe Coutinho    2,45%
Casemiro    1,62%
Taison    1,03%
Fernandinho    0,67%
Douglas Costa    0,65%
Willian José    0,24%
Willian    0,22%
Alex Sandro    0,19%
Fred    0,11%
Luiz Gustavo    0,06%
Jemerson    0,05%
Miranda    0,03%

OXŞAR XƏBƏRLƏR