Fazil Mustafadan Siyavuş Novruzovun müraciətinə CAVAB: \"Siyasi qüvvələr arasında...\"

Fazil Mustafadan Siyavuş Novruzovun müraciətinə CAVAB: \
Bir neçə gün öncə keçmiş hüquqmüdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarlığının murdarlanması ilə bağlı iddiası gündəmi zəbt etmişdi. Daha sonra Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı bu iddianın əsassız olduğu aşkara çıxdı. Ancaq Vidadi isgəndərli təhqirlərə və ittihamalara davam edir. Bununla bağlı Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov dünən müxalifət nümayəndələrinə müraciət edib. O, bu məsələnin tənzimlənməsinin zəruriliyindən danışıb. Siyavuş Novruzov Əli Kərimli, İsa Qəmbər, Fəzail Ağamalı, Fazil Mustafa və digər bir çox siyasətçinin adını qeyd edərək bildirib ki, heç kəs mövqeyinə görə hökumət tərəfindən söyüş və təhqirlərə məruz qalmır. Bəs bu Vidadi İsgəndərlinin bütün gün təhqirlər səsləndirməsi nə qədər düzgün hərəkətdir?

Siyavuş Novruzovun müraciətinə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Sfera.az-a bunları deyib:
 
"Siyasəti söyüş müstəvisinə çevirmək düzgün deyil. Hüquq çərçivəsini aşacaq addımların atılması yanlışdır. Söyüşlə mübarizə aparmaq təqdirolunmazdır. Bu yaxınlarda məzarlığın murdarlanması ilə bağlı məsələ gündəmə gəlmişdi. Bəlli oldu ki, əslində belə bir hadisə baş verməyib. Kimlərinsə təhqir olunması təhlükəli tendensiyadır, xoş ənənə deyil. Bütün siyasətçilər bu məsələdə həssaslıq göstərməlidir. Siyavuş Novruzovun da açıqlaması ilə tanış oldum və onun fikirlərini təqdirəlayiq hesab edirəm. Söyüşlərin geniş auditoriyaya çıxarılması yaxşı hal deyil. Siyasi qüvvələr arasında müəyyən etiket qaydalarının formalaşmasına ehtiyac var. İnkişaf etmiş ölkələrdə də biz bunun nəticəsini görə bilərik. Qonşu Türkiyədə rəqib partiyalar nə qədər barışmaz mövqedə olsalar da, son anda tərəflərin etik qaydaları pozacaq fikirlər səsləndirməkdən çəkindiklərini görə bilərik. Siyavuş Novruzovun qaldırdığı məsələnin müzakirəyə ehtiyacı var”.
 
Fazil Mustafa qeyd edir ki, hər kəs mövqeyini sərgiləyə, başqasının fikirlərini qəbul etməyə bilər, bunun üçün söyüş və təhqirə əl atmağa ehtiyac yoxdur:
 
"Bu hər kəsin hüququdur. Lakin kiminsə ailəsi, övladı və s. haqda fikir səsləndirilməsi düzgün deyil”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...