İdman

Fatih Terim koronavirusa necə yoluxub? – Həkimi danışdı

Fatih Terim koronavirusa necə yoluxub? – Həkimi danışdı

Türk futbolunun əfsanəvi ismi, "Galatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimin səhhəti qənaətbəxşdir.

Yenisabah.az xəbər verir ki, bu barədə mətbuata Fatih Terimin həkimi, professor Cəlaləddin Qocatürk məlumat verib. Həkim məşqçinin müalicəsinin yaxşı getdiyini, onun tezliklə koronavirus bəlasından xilas olacağını bildirib.

Jurnalistlərin "Terim koronavirusa necə yoluxub?” sualına Qocatürkün cavabı belə olub: "Fatih bəy idman ictimaiyyətində təmsil olunan şəxslərin biri vasitəsilə virusa yoluxub. Həmin adamı təsbit edib, karantinə almışıq. Amma adını açıqlamağım qeyri-etik olar”.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930