Facebookda Youtube və Instagram videosu paylaşmayın

Facebookda Youtube və Instagram videosu paylaşmayın

 

Facebooka videolar yükləməklə bərabər, mütəmadi olaraq Youtube və Instagramdan da videolar paylaşırıq. Amma müxtəlif videolar müxtəlif sayda auditoriyaya çatır. Buna səbəblərdən biri videonun məzmunu ilə bağlı olsa da, bu əsas səbəb deyil. Əsas olan səbəb Facebookun tətbiq etdiyi alqoritmdir. eMarketerin araşdırmasına görə Facebooka yüklənilən videoların auditoriyaya çatma (organic reach) faizi YouTubedan (eyni zamanda Instagramdan) paylaşdığımız videoların "reach” faizindən təxminən 2 dəfə çoxdur. 



Niyə belədir? Çünki Zükerberq "video-baxış” hegemonluğunu YouTubedan almaq istəyir. İllərdir dünyanın əsas video paylaşım və izləmə məkanı olan YouTube Facebookun əsas rəqibidir. Buna görə də Facebook müxtəlif gedişlərlə videoya baxış sayını artırmaq və dünyada liderliyi ələ keçirmək istəyir. Bu gedişlərdən biri də istifadəçinin ana səhifəsində çıxan videoların avtomatik olaraq işə düşməsi idi. Bir müddət öncə bunu edən Facebook süni olaraq baxış sayını artırmağa müəyyən qədər müvəffəq oldu. Doğrudur, ayarlar bölməsinə daxil olub, bu funksiyanı söndürə bilirsiniz, amma nəzərə alsaq ki, Facebook istifadəçilərinin böyük əksəriyyəti bəlkə də heç vaxt ayarlar hissəsinə daxil olmayıblar, aydın olur ki, Facebookun bu "yeniliyi” 1,5 milyardlıq istifadəçilərin əksəriyyətində hələ də aktivdir və onların ana səhifəsində çıxan videolar avtomatik olaraq işə düşür və baxış sayı artır.

Hazırda Facebookda da, YouTubeda da gündəlik video baxılma sayı təqribən 10 milyarddır! Və liderlik uğrunda mübarizə gedir. Bu mübarizə də anlaşılandır: Sosial şəbəkədə nə qədər çox videoya baxılırsa, həmin platformada o qədər çox vaxt keçirilir, nə qədər çox vaxt keçirilirsə, həmin platforma o qədər çox reklam gəliri əldə edir. Bir müddət öncə Facebook mobil axtarış sisteminə etdiyi yeniliklə Googleun bostanında daş atmışdı, video sferasındakı mübarizəsi isə sosial mediada (reklam bazarında) daha böyük paya sahib olmaq uğrundadır.

Qeyd edim ki, Facebookun video sahəsində tətbiq etdiyi dəyişiklik öz təsirini göstərməkdədir. Son araşdırma göstərib ki, Facebookda paylaşılan videoların 65%-i Facebooka yüklənilən videolardır. YouTube videolarının paylaşım faizi isə 3 dəfəyədək azdır – 24%. 

Facebookun faiz nisbəti getdikcə də artacaq. Çünki sən videonun Youtube linkini Facebookda paylaşırsan, bunu görən istifadəçilərin sayı 5 000 olursa, videonu Facebooka yükləsən bu, ən azı 10 000 olacaq. Üstəgəl YouTube videona 5 000 adamdan 500ü baxacaqsa, Facebooka yüklədiyin videoya 10 000 adamdan 1 000i baxacaq və 2 000 – 3 000 adamın profilində də avtomatik olaraq işə düşdüyündən baxış sayı YouTube baxış sayından 5-7 dəfə çox olacaq.  Buna görə də videonu YouTubedan paylaşmaqdansa Facebooka yükləmək videonun daha çox yayılmasına səbəb olur.

Mənbə: Orkhanrza.com

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...