Eyyub Yaqubov: “Televiziya verilişlərinin 95 faizi yaxşı deyil”

Eyyub Yaqubov: “Televiziya verilişlərinin 95 faizi yaxşı deyil”

"Televiziya verilişlərinin 95 faizi yaxşı deyil”.

Sfera.az xəbər verir ki, bunu oxu.az-a Xalq artisti Eyyub Yaqubov deyib.

Sənətçi televiziya proqramlarında az görünməsini belə izah edib:

 

"Verilişin aparıcısından çox şey asılıdır. Proqrama qatılanda şərtlərim o olur ki, sakitlik olsun, mahnılarımı səsləndirə bilim, qarışıqlıq olmasın. Verilişlərə çıxıb təkrarlanmaq istəmirəm”.

E.Yaqubov bir çox sənətçilərin bayağılıqda günahlandırdığı Damla və Şəbnəm Tovuzlunu dinləmədiyini bildirsə də, onlara "məhkəmə” qurmağa da tələsmədi:

"Həmin müğənnilərin də öz yeri var. Yalandan niyə deyim ki, onlara qulaq asıram. Daha çox klassik musiqiləri - Hacıbaba Hüseynovu, Əlibaba Məmmədovu, Rüfət Mehdiyevi, müasir estradadan isə Brilliant Dadaşovanı, İlqar Muradovu, Aygün Kazımovanı, Zülfiyyə Xanbabayevanı, Röya Ayxanı dinləyirəm”.

E.Yaqubov yeni layihələrindən də danışıb. Xalq artisti Flora Kərimova ilə duet oxuduğunu da diqqətə çatdırıb:

"Tamam başqa mərhələyə keçirəm. Maraqlı layihələr var. Simfo, caz, muğam qarışığında bir layihə təqdim edəcəyəm. Bir neçə gün öncə Xalq artisti Flora Kərimova ilə bir filmin "soundtrack”i üçün gözəl duet yazdırdıq. Sözləri isə şairimiz Ramiz Rövşənə aiddir”.


OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil K...

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.   Qeyd o...