Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır (TƏKLİF)

Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır (TƏKLİF)
 "Lider” TV-də yayımlanan "Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı tənqidi sujet müzakirələrə səbəb olub. Belə ki, verilişdə qonaq evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib.

Yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov Oxu.Az-a bildirib ki, dayanma və durama qaydalarını pozan avtomobillərin evakusiyası, xüsusən də evakuasiya üçün alınan pulların ödənilməsi qaydası, məbləği, kimin cibinə getməsi məsələsi yeni söhbət olmasa da, aktualdır.

Onun sözlərinə görə, evakuasiyaya görə ayrıca ödənişi ləğv etmək lazımdır.

"Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə qalsın. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilsin. Bunun edilməsi ən azı 2 mühüm problemi həll edəcək:

1. Bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı) , həmd xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu ədalətsizlikdir.

2. Evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakuasiya olsa da, olmasa da konkret cəriməsini ödəyəcək.

Evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanunauyğun fəaliyyət göstərərlər.

Nəzərə alaq ki, dünyanın bəzi ölkələrində bu təcrübə var və çox səmərəlidir”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...