Sİyasət

Ermənistan yenə silah krediti üçün Rusiyaya ağız açdı

Ermənistan yenə silah krediti üçün Rusiyaya ağız açdı
Ermənistan silah məqsədilə üçün yeni kredit üçün Rusiyaya müraciət edə bilər.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri jurnalistlərə açıqlamasında deyib.

"Kreditin miqdarı barədə deyə bilmərəm. Bu barədə danışıqlar hələ başlamayıb” – o belə deyib. 

Rəsmi Yerevan müasir silah və hərbi texnika almaq üçün artıq iki dəfə Rusiyadan kredit alıb. 200 milyon dollar dəyərində ilk kreditin silah təhvili artıq başa çatıb. Hal-hazırda ikinci, 100 milyonluq müqavilənin təhvil prosesi gedir.

Rusiyanın "Kommersant” qəzeti öz mənbələrinə istinadən yazır ki, KTMT sədri Yuri Xaçaturovun həbsi üzündən rus silahının satın alınması sual altına alına bilər.

Sfera.az

AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31