“Ermənilərlə 300 metr məsafə var idi...” - VİDEO

“Ermənilərlə 300 metr məsafə var idi...” - VİDEO
Azərbaycanlı müğənni Talış kəndində
 
Müğənni Xatirə İslam əsgərlərə dəstək üçün Talış kəndinə gedib. "Qafqazinfo"ya açıqlama verən müğənni hadisə yerindən video görüntüləri də saytımıza təqdim edib.

Xatirə ilk dəfə erməniləri bu qədər yaxından gördüyünü qeyd edib:

"Talış kəndinə getmişdik, ermənilərlə aramızda 300 metr məsafə var idi. Bu barədə aidiyyatı qurumlara məlumat verilmişdi və icazə almışdım. Bu əraziyə heç kəsi buraxmırlar. Sözün düzünü desək, məni vahimə basdı. Gözümlə görürdüm ki, ermənilər tikanlı məftillərdən nəsə düzəldirdilər, təkərləri bir-birinin üstünə qoyurlar. Bunların hamısını gördük. Getmə səbəbim orada olan əsgərlərimizə mənəvi dəstək olmaq idi. İnsan elədiyini deməz. Mən nə etmişəmsə, bir Allah bilir, bir də 700 əsgər… O ərazilərə getmək üçün bizə köməklik göstərən hər kəsə təşəkkür edirəm.

Hərdən instaqramda bizi tənqid edirlər ki, niyə əsgərlərlə foto paylaşırsız. İnanın ki, həmin əsgərlər xahiş edir ki, onlarla olan şəkilləri paylaşaq. Deyirlər ki, paylaşın, ailə üzvlərimiz bizi görsün. İnstaqramda çox adam qeyd edir ki, sizin əsgərlərin yanında nə işiniz var? O yazan insanlar Bakıda itdən qorxanlardır.  Onlar cəbhəyə yaxınlaşa bilərlər? Buranın vahiməsi bəs edir”.
 

OXŞAR XƏBƏRLƏR

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...