Ermənilər cəbhə xəttində qəbiristanlığı yandırıb - FOTO

Ermənilər cəbhə xəttində qəbiristanlığı yandırıb - FOTO

 

 

Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ermənilərin işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.

Qeyd edək ki, işğal altında olan torpaqlarımız nəzarətsiz olduğundan erməni hərbçiləri istənilən vaxt yanğın törədirlər.

 





OXŞAR XƏBƏRLƏR