Ərdoğanın müşaviri Rusiyanı müharibə ilə hədələdi - VİDEO

Ərdoğanın müşaviri Rusiyanı müharibə ilə hədələdi - VİDEO
Suriyanın İdlib vilayətində Türkiyə ilə Rusiya ordusu üz-üzə gəlib. Rusiyaya məxsus təyyarə Türkiyə bazasını bombalayıb. Rəsmi mənbələr bombardman nəticəsində 33 əsgərin öldüyünü açıqlayıb.

Hücumdan sonra prezident Rəcəb Tayyib Ərdoğan Sarayda Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. Türkiyənin ana müxalifət partiyası olan CHP-də də Mərkəzi İdarə Heyətinin təcili toplantısı çağırılıb.

Ərdoğanın xarici siyasət müşaviri Məsur Hakkı Caşın "A Haber" kanalına açıqlamasında, "bəlkə də bunu fikirləşirlər ki, Türkiyə ilə bir qarşıdurmaya girsinlər. Səhv edir Rusiya ordusu da, cənab Putinə ağıl verənlər də. Türklər başqa bir millətə bənzəmir. Sizinlə 16 dəfə müharibə etdik, yenə edərik. Biz də itirərik, sizə də ağır zərbələr vurarıq. Rusiyanın canını yandırarıq.  Rusiya daxildən parçalanacaq. 25 milyon müsəlmanın yaşadığı yerdə sən gəlib müsəlnmanları öldürürsənsə, bunun intiqamı ağır olacaq", - deyə bildirib.
 

//
//