Dünya

Ərdoğan Trampın hədəsinə tanklarla cavab verdi: “Mehmetcik” Suriyada...

Ərdoğan Trampın hədəsinə tanklarla cavab verdi: “Mehmetcik” Suriyada...


Türkiyə Silahlı Qüvvələrinə aid zirehli texnikanın Suriyayla sərhəddə cəmləşməsi müşahidə edilir.


Sfera.az xarici mediaya istinadla xəbər verir ki, Türkiyə qoşunlarının Suriya sərhəddində cəmlənməsini əks etdirən video görüntülər yayılıb.

 

Həmin video çarxlarda M60 və M113 zirehli transportyorları, eləcə də Akçakal şəhərinə və Suriya sərhəddindən cəmi bir neçə yüz metrlik məsafədə yerləşən Şanlıurfa əyalətinə daxil olarkən obyektivə tuş gələn hərbi kolon öz əksini tapıb.

 

Kolonun təxminən 130 avtomobildən ibarət olduğu bildirilir. Son xəbərlərə görə isə Türkiyə ordusu artıq Suriyada aniterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəlində bildirmişdi ki, yaxın günlərdə Suriyanın şimalında, Fəratın şərqinə doğru türk əməliyyatına başlamaq qərarı verilə bilər. Prezident həmçinin vurğulamışdı ki, Türkiyə hərbçilərinin məqsədi Siriyayla həmsərhəd ərazilərin kürd özünümüdafiə qüvvələrindən təmizlənməsi və Türkiyəyə pənah gətirmiş suriyalı qaçqınların orada yerləşdirilməsi üçün təhlükəsiz zona yaratmaq olacaq.

 

ABŞ prezidenti Donald Tramp isə Ankaranın "icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə "Türkiyə iqtisadiyyatını məhv edəcəyi” ilə hədələmişdi.

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031