Ərdoğan “Qalatasaray”ın müdafiəsinə qalxdı

Ərdoğan “Qalatasaray”ın müdafiəsinə qalxdı
UEFA niyə "Qalatasaray”ı cəzalandırır? Cəza bu məsələdə günahı olan klub rəsmilərinə verilməlidi. "Qalatasaray”ın 20-25 milyon azarkeşi var. Əgər klubu cəzalandırırsansa, deməli, onun azarkeşlərini də cəzalandırırsan. 
Oxu.Az-ın "Hurriyet” qəzetinə istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı UEFA-nın "Qalatasaray”ı Avrokuboklardan 1 illik uzaqlaşdırmasına münasibət bildirib.
Onun fikrincə, İstanbul klubundakı cavabdeh şəxslər cəzalandırılsaydı, daha doğru olardı.
"Mən baş nazir olanda UEFA prezidenti Mişel Platini, həmçinin daha sonra FİFA prezidenti olacaq Canni İnfantino Avropa çempionatı ilə əlaqədar İstanbula gəlmişdilər.
Onlarla həmin vaxt danışanda da hüquqi şəxslərin cəzalandırılmasının hüquqa təhqir olduğunu bildirmişdim.
Belə hüquq olmaz. Demişdim ki, əgər cəza verirsizsə, həmin klubların prezidentlərinə və ya günahı olan digər rəsmilərinə verməlisiz.
Platini isə mənə "Bu, həmişə belə olub, bundan sonra da dəyişməz” demişdi. Bu iş belə getməz. Yanlış məntiq, yanlış anlayışdı.
Ümid edirəm ki, bunlar nəzərə alınar və həqiqətən, günahı olanlar cəzalandırılar, hüquqi şəxslər isə cəzalandırılmaz”, - deyə Ərdoğan bildirib. 

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...