Ərdəbil İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi seçildi

Ərdəbil İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi seçildi

"İranın şimal-qərbində yerləşən Ərdəbil 3 vilayət (Ərdəbil, Şərqi Azərbaycan və Gilan vilayətləri) arasında İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi olaraq seçilib".

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri və İran və Azərbaycan Birgə Ticarət Palatasının iranlı sədri Hüseyn Pirmüəzzin dövlət və özəl sektorun dialoqu şurasının iclasında deyib.

H.Pirmüəzzinin sözlərinə görə, Ərdəbil lazımi infrastrukturlara və Azərbaycanla yaxın olduğu üçün seçilib.

Sədr əlavə edib ki, İran və Azərbaycan arasında sənaye parkının yaradılması və hər iki ölkənin dəmir yolunun birləşməsi Ərdəbili dalandan çıxaracaq:

"Bu iki layihənin reallaşması ilə İran və Azərbaycanın iqtisadi və ticarət münasibətləri inkişaf edəcək".

İran və Azərbaycan arasında dəmir yolunun çəkilməsinə münasibət bildirən palata rəsmisi deyib ki, bu layihə üzrə ilk razılaşma əldə olunub.



OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...