Epidemiya günlərində Qarabağda \"ildırım sürətli\" müharibə... – EKSPERT MÜMKÜN SAYIRMI?

Epidemiya günlərində Qarabağda \

"Belə bir variant əsla mümkün deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri dünya güclərinin diqqətinin koronavirusla mübarizəyə qarışdığı bir zamanda Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaması çağırışlarına münasibət bildirərkən politoloq Nəzakət Məmmədova deyib.


Həmsöhbətimizin fikrincə, belə çağırışlar primitiv yanaşmadır: "Virusun Dağlıq Qarabağda yayılması barədə rəsmi məlumatlar yoxdur. Rəsmi məlumatlara görə, burada ancaq bir nəfər yoluxub. Digər tərəfdən, hətta Qarabağda virus tüğyan etsəydi də belə, Azərbaycan hərbi əməliyyatlara başlasa dünya ölkəmizi ikiqat qınayacaq ki, orada virus olduğu, insanlar xəstəlikdən əziyyət çəkdiyi bir zamanda Bakı humanizm prinsiplərini pozaraq hücum edir. Ona görə də virus pandemiyasından istifadə edib, hərbi əməliyyatlara başlamaq çağırışları çox primitiv yanaşmadır. Virus oldu olmadı, torpaqlarımızı azad etməliyik”.


N. Məmmədova bildirdi ki, dünya güclərinin razılığı olmadan sözügedən istiqamətdə addım atmağımız mümkün deyil: "Dünyanın başı indi özünə qarışsa da, elə məsələlər var ki, bu super güclər üçün olmazsa olmaz məsələsidir. Dünya siyasətini idarə edən böyük güclər indi daha ayıq sayıqdır, prosesləri daha ciddi nəzarətdə saxlayırlar. Hər bir şey xüsusi sxem üzrə onların nəzarəti altında baş verir. Qarabağ separatçıları qondarma seçki keçirsə də, beynəlxalq təşkilatlar ona adekvat reaksiya verərək, qondarma prosesi tanımadı. İndiki dünya nizamı nəzəriyyədə dünya güclərinin qoyduğu nizam üzrə gedir. Praktikada isə onlar öz maraqlarına uyğun olaraq başqa cür hərəkət edirlər. Qarabağ məsələsi də dünya güclərinin nəzarətindədir ki, orada keçirilən qondarma seçkilə bağlı dərhal tanımadıqları barədə bəyanatla çıxış etdilər. Düz də edirlər. Belədə, indiki vəziyyətdən istifadə edib Azərbaycan hərbi əməliyyatlara başlasa, bu amil də ajiotaj yaradacaq. Qondarma rejimdə koronavirus yayılmayıbsa, heç nə dəyişməyəcək. Yayılsa belə, Qarabağda hərbi yolla deyil, hansısa formada orada humanitar ekspansiya keçirməyə güc və iradəmiz olsaydı, həmin addımımıza bu cür don geyindirmək olardı. Ümumiyyətlə, böyük dövlətlərin razılığı və icazəsi olmadanbu istiqamətdə addım atmağımız mümkün olan məsələ deyil”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Son günlərin ən çox müzakirə edilən layihəsi “Alatava” ilə bağlı qərar verilib.   Serialın sosial platformalarda yayılan versiyası bir mü...

Dünya bazarlarında neft BAHALAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyər...

Azərbaycanın ikinci böyük elektrik stansiyası TƏMİR EDİLİR - FOTO/VİDEO

“AzərEnerji” ASC ölkənin ikinci böyük elektrik stansiyası olan, Bakının Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” El...

5 ildə 1 milyondan çox tatuaj sildirilib - Səbəb AÇIQLANDI

Son 5 ildə 1 milyondan çox tatuaj silinməsi proseduru həyata keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. ...

Əri tərəfindən övladının gözü qarşısında öldürülən Sevincin FOTOSU

Aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib.   Sfera.az Baku TV-yə xəbər verir ki,&nb...

Spiker: "Azərbaycan dostluq şəraitində yaşayan etnik və dini qrupların evidir"

Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qa...