Elza Seyidcahan: “Ərsiz arvadlar ağrıyır”

 Elza Seyidcahan: “Ərsiz arvadlar ağrıyır”
 

Qeyri-adi şeirləri ilə gündəmdən düşməyən müğənni-bəstəkar Elza Seyidcahandan yeni xəbər var.  

O, yeni şeirini ictimaiyyətlə paylaşıb.

Sfera.az xəbər verir ki, son şeirləri haqqında modern.az-a danışan sənətçi bildirib ki, Baba Pünhanın "Yazıq insan" adlı şeirini səsləndirib və tənqidlərlə rastlaşıb.

"Ötən günlərdə "Var-yox" layihəsində Baba Pünhanın "Yazıq insan" şeirini səsləndirdim və bəziləri elə bildi ki, şeiri mən yazmışam. Şeir haqqında hər zaman olduğu kimi, bəziləri yenə çirkablı sözlərini əsirgəməyib. Şeir Baba Pünhana məxsus idi və nə deyiblərsə özlərinə qayıdır. Bu şeirə mən musiqi bəstələmişəm".

Elza Seyidcahan bildirib ki, Instagram hesabında paylaşdığı son şeirlərindən birinə görə də çox təhqir olunub.

"Son paylaşdığım "Hər şeyin öz vaxtı var" şeirində Süleyman peyğəmbərin kəlamlarından istifadə olunub. Bu şeirə də çox təhqir yazıblar. Mənim ən son şeirim isə "Adamsız evlər" şeiridi".

E.Seyidcahan şeiri modern.az-ın redaksiyasına da göndərib.

Adamsız evlər

Elə bilirsən,

Səni məndən soruşmurlar?

Hanı o?

O, hanı?

Danışmıram,

Eşqimizin faydasıdır,

Susuram.

Elə adamları sevdim ki,

Səni sevdiyimdən betər.

Görürsən?

Heç yadıma düşmürlər,

Unuduram.

Gəlmirlər, getmirlər,

Öpmürlər, sevmirlər.

Sən də, elə. Öləcəksən dərdimdən.

Çıxacaqsan,

Yaddaşımın ruhundan,

Birdəfəlik.

İkidəfəlik olmur.

Sevgi olur birdəfəlik.

Gəldi, gördü, sevdi, oldu, bitdi.

Bitdi, oldu, bitdi.

Sən məni sevdin,

Mən səni seçdim.

Sən məni aldın.

Mən sənə verdim...

Könlümü verməsəydim,

Ömrüm getməliydi qəmə.

Gəlmişdim birdəfəlik,

Yar baxçasından sənə.

Xal yanaqlı, bal gəlini,

Fəda olan xar dəlini.

Əlində ətri qalan,

Qolunda boynu quruyan,

Yolunda başı əyilən,

Mən, mən, mən!

Yolda qalan gözlərim

Necə yatsın?

Dilimə hopan öpüşlərin

Gecə vaxtı,

Dodaqlarımızda susan pıçıltılara,

Cığır deyib.

Ürəyimizdə şişən sözlərimizi

Necə ovutsun?

Ay adamsız evlər,

Dərd çəkməyin siz.

Evsiz adamlar partdıyır

Adamsız evlər çartdıyır

Ərsiz arvadlar ağrıyır

Arvadsız ərlər sızlayır

Qardaşsız bacılar neyniyir?

 

Bacısız qardaşlar kef eliyir...

Bəs qardaşsız torpaq?

Ey dilsiz zamanlar,

Susuz amanlar.

Ey haqlı gümanlar

Haqsız umanlar.

Bu atamsız anam,

Anamsız yaman.

Düşməyəcəm yadına,

Düşməyəcəksən yadıma.

Gəlməyəcəksən yanıma,

Qaçmayacağam qucağına.

Qolların həsrət qalacaqsa əyər,

Bunun günahını axtarmağa məyər,

Ürəyini üzüb sızıldatmağa dəyər?

Həsrət səni əyər.

Baxma mənə.

Səni gözlərim məğlub

Edər.

Nə etsin bədənimiz?

Sözlər nə desin?

Möhtacdır onlar

Saf eşqimizin.

Cəhənnəm əzabıdır

Yolunu gözləmək,

Bizi yaratdı yenidən,

Güclü sevişmək.

Ömrünün dəyəri mənəm

Quyuda olan su tək

Ruhumun dəyəri sənsən

Evin dəyəri insan kimi.

Adamsız evlər qarıyır

Ərsiz arvadlar kimi.

Adamsız evlər quruyur,

Heyvansız meşələr kimi.

Çəkilir,

Suyu qurumuş çaylar kimi.

Sonudur,

Balıqsız dənizlər kimi.

Arısız pətəklər kimi.

Son beşiklər

Evdə qalsa,

Yurdda yatsa,

Ocağımıza köz atsa,

Evlər adamsız qalmasa,

Çırağımız sönməsə,

Qəbirlər ağlamasa,

Eşidin məni:

Evdən gedən, evə dönən,

Evdə yatan, evdə ölən,

Qalan...

Evdə qaçan adamlar...

Evdən adam iyi gələr,

Yağlı badam iyi gələr,

Evdən adam iyi gələr.



OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...