Cəmİyyət

Elmar Məmmədyarovun oğlu evləndi: gəlin əcnəbidir - FOTOLAR

Elmar Məmmədyarovun oğlu evləndi: gəlin əcnəbidir - FOTOLAR
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub.

Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib.

Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.

Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər.

Onu da qeyd edək ki, Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031