Dünya

Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb

Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb
 

Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup "Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9  hərbçi həlak olub.

Sfera.az  xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin "Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Eyni zamanda "ToloNews” mənbəyə istinadən iddia edib ki, Mənəvar kəndində 7 nəfər talibançının törətdiyi hadisə zamanı 23 hərbçi ölüb və hücum edənlər onların silahlarını götürüb hadisə yerindən uzaqlaşıblar. 

"Taliban" hərəkatı baş verən hadisənin məsuliyyətini üzərinə götürüb.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031