Əbülfəs Qarayevdən Fuad Poladov AÇIQLAMASI

Əbülfəs Qarayevdən Fuad Poladov AÇIQLAMASI
Mədəniyyət naziri Əbülfəs Qarayevin xalq artisti Fuad Poladovun ölümü ilə bağlı baş sağlığı verməməsi, həmçinin, onun dəfninə qatılması cəmiyyətdə ciddi tənqidə məruz qalıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə Əbülfəs Qarayevə sərt ittihamlar səsləndirilir.

Bəs görəsən, nazir özü bu barədə nə düşünür?

Gununsesi.info-nun əməkdaşı hörmətli nazirə telefon açaraq, onun mövqeyini soruşub. Əbülfəs Qarayevlə qısa dialoqumuzu olduğu kimi təqdim edirik:

– Əbülfəs müəllim, salam. Sİzi Gununsesi.info xəbər saytından narahat edirik.

-Salam. Buyurun eşidirəm…

- Cənab nazir, Fuad Poladovun ölümü ilə bağlı başsağlığı verməməyiniz, habelə, dəfn mərasiminə qatılmamağınız ciddi tənqidlərə səbəb olub. Bu tənqidləri qəbul edirsinizmi?

– Bir anlıq fikrə gedir (red.)… Mən, Əbülfəs müəllimin sürücüsüyəm. Təəssüf ki, sizin suala cavab verə bilməyəcəm.

Əməkdaşımızın nazirlə qısa dialoqundan bir neçə dəqiqə sonra nazirliyin sözçüsü Vüqar Şıxməmmədov redaksiyamıza telefon açıb. 

Sualımızla bağlı Şıxməmmədov bildirib ki, nazirliyin rəsmi orqanı olan "Mədəniyyət” qəzetində Fuad Poladovun ölümü ilə bağlı başsağlığı dərc ediləcək: "Dəfn mərasimində iştirak məsələsinə gəlincə, nazirliyin incəsənət şöbəsinin müdiri və mən bu tədbirə qatılmışıq”.
 
 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...