Dövlət Komitəsi “Həyat bilgisi” dərsliyində düzəlişlər etdi: DİNİN TƏDRİSİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ

Dövlət Komitəsi “Həyat bilgisi” dərsliyində düzəlişlər etdi: DİNİN TƏDRİSİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ
 

"2019/2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün istifadədə olan "Həyat bilgisi” dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi məqsədilə həmin dərslik layihələrinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünas ekspertləri tərəfindən təhlili aparılıb”.

Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova məlumat verib.

Onun sözlərinə görə, düzəlişlərin edilməsi üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub, həmin təkliflər bu dərsliyin yenidən nəşrində nəzərə alınıb: 

 

"Dəyişikliklərə əsasən, "Həyat bilgisi" dərsliyində dinlə bağlı mövzular daha da təkmilləşdirilib. Bir daha bildiririk ki, ümumtəhsil müəssisələrində dinin tədrisindən söhbət gedə bilməz. Çünki Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Təhsil dünyəvi xarakter daşıyır. "Həyat bilgisi” 1-ci sinifdən 9-cu sinfədək tədris olunur və dərslikdə şagirdlərə həyatda qarşılaşa biləcəkləri məsələlərlə bağlı ümumi dünyagörüşü formalaşdırmaq məqsədilə müəyyən biliklər verilir. Din də insan həyatının ayrılmaz parçasıdır və şagirdlərə ilkin dini biliklər, din haqqında ümumi məlumatlar verilməsi bu baxımdan lazımlıdır”.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...