Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar

Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar

Türkiyənin Bursa şəhərində yaşayan iki qardaşın göz rəngi görənləri heyrətə salır. Belə ki, qardaşlar tibdə  "Heteroxromiya" adlanan göz rənglərinin fərqliliyi ilə diqqət çəkirlər.

Sfera.az medicina.az-a istinadən bildirir ki, 11 yaşlı Səlman və 4 yaşlı Kərəmin bir gözü mavi, digəri isə qəhvəyi rəngdədir. Uşaqların atası bildirib ki, böyük oğlu doğulduqdan bir neçə ay sonra onun gözündəki fərqliliyi hiss ediblər.

Uşağı görənlər bunun 6 aydan sonra düzələcəyini bildiriblər. Lakin Səlmanın göz rəngi dəyişməyib. Daha sonra ailənin digər  oğlu da eyni fərqliliklə dünyaya gəlib. Uşaqlar əvvəl fərqli rəngli gözlərinə görə narahat olsalar da, sonradan bu hala öyrəşdiklərini və fərqli olduqları üçün sevindiklərini bildiriblər.

Həkimlər tibdə belə hadisənin nadir rastlandığını qeyd ediblər. Lakin onların yaşı artdıqca xüsusilə mavi rəngli gözlərdə görmənin zəifləyəcəyini də vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...