Diş əskikliyinin 6 zərəri

Diş əskikliyinin 6 zərəri

1. Əskik diş görüntüsü insanın gülüşünü pozaraq adamın özünə inamının azalmasına, sosial münasibətlərində çətinliklərə səbəb olur. Bundan başqa, dodaq və yanaqların çökməsinə və qırışmasına səbəb olaraq, yaşlı və zəif bir görüntü yaradır.

2. Əskik dişlərdə təmizlik çətinləşəcəyi üçün çürük, həssaslıq, diş əti iltihabı səbəbindən ağrı müşahidə olunur.
 
3. Əskik dişlər üçün çeynəmə rejimi də dəyişir. Sfera.az deyerler.org-a istinadən bildirir ki, sağlam bir çeynəmə cüt tərəfli olarkən, tək tərəfli çeynəmə çənə oynaqlarında ağrı və səs yarada bilər.
 
4. Diş əskikləri həmçinin digər dişlərin aralarının açılmasına və dişlərin orta xətti ilə üzün orta xətti arasında uyğunsuzluğa və asimmetrik mənzərəyə yol aça bilər.
 
5. Əskik dişlərə görə, kifayət qədər çeynənməyən qidalar, bütöv halda udulduqda mədə pozğunluğu, şişkinlik, qastrit və xora kimi mədə problemlərinə yol aça bilər.
 
6. Əskik dişlər səbəbindən yaxşı çeynənmədən udulan yeməklər kökəlməyə səbəb olur.


OXŞAR XƏBƏRLƏR